ONER jurnali
ONER-jurnali
 

İsmayıl Vəli Öməroğlu

AZƏRBAYCANDA SORAQ-MƏLUMAT NƏŞRLƏRİNİN FORMALAŞMASI VƏ İNKİŞAFI (1920-1940)

Sevda Quliyeva, BDU-nun dissertantı 

1920-ci il 29 aprel çevrilişindən sonra Azərbaycanda sovet hakimiyyəti bərqərar oldu. Yeni quruluşun, başqa sözlə Sovet dövlətinin siyasətini, onun mahiyyətini, qarşısında duran vəzifələri geniş əhali, kütləsinə çatdırmaq vacib problem kimi qarşıya çıxdı. Bu poblemin müvəffəqiyyətlə həyata keçirilməsinə kömək məqsədilə Kommunist Partiyası və Sovet dövləti elmin, təhsilin, mədəniyyətin, kitab və mətbuatın inkişafına müəyyən diqqət yetirdi. Cəmiyyətin, insan həyatının bütün fəaliyyət sahələrinin formalaşması və inkişafında böyük əhəmiyyət kəsb edən vasitələrdən biri hesab edilən kitabın nəşri, təbliği və yayılmasına xüsusilə böyük əhəmiyyət verildi. Digər tərəfdən elmin, təhsilin, mədəniyyətin inkişafı da kitabçılıq işinin təşkilini tələb edirdi.

Qarşıya çıxan vacib və təxirəsalınmaz problemin yerinə yetirilməsi üçün ilk növbədə sovet nəşriyyat sistemini şəraitin tələblərinə uyğun şəkildə təşkil etmək zərurəti yarandı. Azərbaycanda yeni sovet nəşriyyatları yarandı. Ölkədə fəaliyyət göstərən nəşriyyatlar kitabın sahə quruluşuna və tiplər üzrə inkişafına xüsusi diqqət yetirdilər. Belə ki, kitabın tiplər və nəşr tipləri üzrə inkişafı onun müxtəlif funksiyalarının yerinə yetirilməsinə və kitabın müxtəlif oxucu qrupları arasında təbliği və yayılmasına xidmət edir (1,16-40).

Tədqiqat apardığımız dövrdə (1920-1940-cı illər) nəşriyyatlarımız kitabları əsasən elmi, tədris, istehsalat-texniki, rəsmi-sənəd, soraq-məlumat və elmi-kütləvi tiplər də çap edilməsinə üstünlük vermişdir.

Bizim tədqiqatlarımızın obyekti və predmeti soraq-məlumat nəşrlərinə görə, onun sovet dövründə yaranması, formalaşması və inkişafı məsələlərinə xüsusi diqqət yetiririk.

Belə ki, 1920-1940-cı illərdə Azərbaycanda soraq-məlumat kitablarına böyük ehtiyac olmasına baxmayaraq müxtəlif elm sahələrinə dair oxucuların tələbatını tamamilə ödəmək mümkün olmamışdır. Soraq-məlumat nəşrlərinə bu tələbatın ödənilməsinə nəşriyyatlarımız səy göstərsə də, bir sıra obyektiv və subyektiv səbəblə, tarixi-siyasi şərait (mənəviyyata qarşı represiya) və s. oxucuların soraq-məlumat nəşrlərinə olan ehtiyaclarının təmin edilməsinə imkan vermədi. Belə ki, bu dövrdə universal və sahəvi ensiklopediyaların buraxılmasına səy göstərilsə də, ancaq nəşr olunmadı. Amma öyrəndiyimiz dövrdə müəyyən qədər soraq-məlumat kitabları çapdan buraxılmışdır. Bu soraq-məlumat nəşrlərinin bir qrupu terminologiya lüğətləridir. Elmi, texniki terminologiyanın mövcud vəziyyətinə görə elm və texnikanın inkişaf səviyyəsini müəyyən etmək olar. Daha dəqiq desək, elmi və texniki terminologiyanın vəziyyəti elm və texnikanın inkişaf səviyyəsinin göstəricisidir.

Məlum olduğu kimi, terminologiya elmdə və texnikada meydana çıxan anlayışları və hadisələri əks etdirir. Elm və texnikanın inkişaf səviyyəsi nə qədər yüksək olarsa, terminologiya da bir o qədər zəngin olar. Odur ki, elm və texnikanın inkişafı, onun müxtəlif sahələrinə aid terminologiyanın tərtib edilib, çapdan buraxılması zərurətini irəli sürürdü (2, 16).

Terminlərin yaradılmasını və luğətlərin tərtibinin zəruriliyini nəzərə alan Azərbaycan SSR Xalq Komissarları Soveti 1928-ci ildə Azərbaycan xalq Maarif Komissarlığının Dövlət Baş Elm İdarəsinin yanında Terminologtya Komissiyasının təşkili haqqında dekret qəbul etdi. Doğrudur, ilk əvvəl terminologiya Komissiyası Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin yanında yaradılmışdır. Onun daha müvəffəqiyyətlə fəaliyyət göstərməsinə kömək məqsədilə Komissiya Azərbaycan Xalq Maarif Komissarlığının tabeçiliyinə verildi.

1929-cu il yanvar ayının 7-də isə Azərbaycan Türk (Azərbaycan) Terminologiyası və Orfoqrafiyası Komitəsi təşkil edildi. Bu dövrdə Azərbaycanı Öyrənmə Cəmiyyətinin Türk (Azərbaycan) bölməsinin Lüğət Komissiyası da fəaliyyət göstərmişdi. Həyata keçirilən bu tədbirlər terminlərin yaradılmasının və lüğətlərin çapdan buraxılmasının zəruriliyini göstərir. 1920-ci illərin əvvələrində çap edilən nisbətən böyük lüğət S.M. Qənizadənin "lüğət resi və türki" (1922.-6-nəşri.-500 nüs) hesab edilir. Bu lüğətdə 24 minə yaxın baş söz vardır (3,5). Müəllim Qafur Rəşadın "Təsfirli xalq lüğəti" də (1921) mühüm soraq- məluiat nəşrlərindən biridir. İlk coğrafiya terminləri lüğəti də 1923-ci ildə məhşur Azərbaycan coğrafiyaşünas Qafur Rəşad Mirzəzadə tərəfindən tərtib edilmişdir. Bü lüğətdə cəmi 250-dək coğrafiya termini verilmişdir. Sami Kamal tərəfindən tərtib edilmiş "say bil sözləri" adı ilə 1922-ci ildə riyaziyyat üzrə ilk soraq məlumat kitabı nəşr edilmişdir. Bu soraq-məlumat nəşri rusca, azərbaycanca, ərəbcə hesab terminlərini əhatə edir. Xudad Məlikaslanov, Əhməd Pepinov, Ağa Axundov, Məhəmmədbəy Məhəmmədbəyov, Əbdül Əbdülzadə və Əliheydər Babayev tərəfindən tərtib edilmiş "Dəmiryol işlətmə istilahları" (1924) da dövrün soraq-məlumat nəşri kimi diqqəti cəlb edir. X.B.Məlikaslanov, Ə.Yusifzadə, M.B.Məhəmmədbəyov və A.B.Bəylərbəyov tərəfindən hazırlanmış 231 səhifədən ibarət "Ruscadan türkcəyə (azərbaycancaya - S.Q.) yollar texniki istilahlar lüğəti" 1926-ci ildə Yollar Komissarlığı Nəşriyyatında çap olunmuşdur. џ Ə.Şıxlinskinin "Ruscadan türkcəyə (azrbaycancaya -S.Q.) qasa döyüş sözlüyü" (1926), N.Əsgərov, S.Musabəyov və T. Mahmudovun "Hüquq lüğəti" (1926)", "Nəbatat istilahlar" (1926), "Kimya istilahları" (1927) və s. müxtəlif elm və texnika sahələrinə dair istilahların əksəriyyəti Azərbaycan Maarif Komissarlığının istilah komissiyası tərəfindən hazırlanmış və nəşr edilmiş (4,5-42),

1920-ci ildə nəşr edilən terminlərin, terminaloji lüğətlərinin hazırlanmasında və çap edilməsində Azərbaycan Maarif Komissarlığının İstilah Komissiyasının elmi və texniki terminlərinin hazırlanmasında Azərbaycan Öyrənmə cəmiyyətinin Lüğət Komissiyasının Xidməti böyük olmuşdur. V.Sisovun tərtib etdiyi "Bakı şəhərinin 2 qədim yerlərinə və onun rayonlarına qısa bələdçi"(1925)-adlı soraq-məlumat nəşri də diqqətəlayiqdir.

Bu dövrdə nəşr olunan məlumat kitablarının digər qurupunu istehsalat-məlumat nəşrləri təşkil edirdi. "Sputnik nefterabotnika: Spravoçnaə kniqa dlə liü texniçeskoqo personala neftnıx pomıslov" (1925) – adlı nəşr bu cəhətdən mühüm əhəmiyyət kəsb edir.

Məlumat nəşrlərinin üçüncü qrupuna istehsal-məlumat məzmunlu soraq-məlumat kitabları daxildir. Belə məlumat kitablarına nümunə olaraq "Kratkiy spravoçnik trudovoqo kustarya" (1925), "Sparovçnik Bakinskoy “Yarmarki 1926 qoda" (1925) və s. nəşrləri göstərmək olar (5, 16).

Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun yaradılması (1929) və 1930-cü ilin oktyabrından Terminologiya Komitəsinin onun yanında fəaliyyət göstərməsi kitab nəşrlərinin o cümlədən soraq-məlumat ədəbiyyatı inkişaf etdi. Azərbaycanca-rusca lüğətlər, rusca-azərbaycanca lüğətlər, Azərbaycan dilinin dialekteloji lüğətləri, izahlı və adi terminoloji lüğətlər və s. yaradıldı və çapdan buraxıldı (6, 519, 692).

Soraq-məlumat nəşrlərinin mühüm hissəsini təşkil edən lüğətlərin nəşri və tərtibinin öyrəfnilməsi göstərdi ki, artıq lüğətlərin hazırlanması elmi mahiyyət kəsb etməklə bərabər onların elmi əsaslar üzrə təşkilinə də diqqət artırmışdır.

1930-cu illərdə lüğətlərin elmi əsaslarını təşkil edən prinsiplərin, məsələlərin işlənməsi sahəsindəki cüzi nailiyyətlər müxtəlif tipli lüğətlərin inkişafına və nəşrinə müsbət təsir göstərmişdir. Əlbəttə, hər bir tip lüğət üçün spesifik xüsusiyyət vardır. Məsələn, ikidilli lüğət-tərtibinin spesifik cəhətləri vardır: bu cür lüğətlər ilk növbədə tərtibçidən hər iki dili mükəmməl bilməyi, bir-birilə qarşılaşan dillərin qrammatik quruluşlarını lüğətdə əks etdirməyi bacarmağı, tərcümə olunacaq sözlərin qarşılığını ana dilində tapmağa və bu işdə orjinala əsaslanmağı, bir sözlə, ikidilli lüğətçiliyin nəzəri və əməli məsələlərini dərindən bilməyi tələb edirsə, izahlı lüğətlərin qarşısında bir sıra daha spesifik və daha mürəkkəb nəzəri və əməli məsələlər durur (7, 295).

Öyrəndiyimiz dövrdə soraq-məlumat nəşrlərində ən mühüm nailiyyətlərdən biri hələ 1928-1929-cu illərdə Ruhullah Axundovun redaktəsi və rəhbərliyi altında çap edilmiş ikidilli ikicildlik "Rusca-türkcə (azərbaycanca - S.Q.) lüğəti" hesab edilir. Lüğətin birinci cildi (A-O hərifləri) 319 səhifə həcmində 1928-ci ildə (8, 519), ikinci cildi isə (P-Y hərfləri) (320) j 626 səhifə həcmində 1929-cu ildə çapdan buraxılmışdır (9, 12). 50 minə qədər sözdən ibarət olan bu lüğəti o dövrün görkəmli, tanınmış ziyalıları: Əhməd Pepinov, Ələkbər Qərib, Ələkbər Heydərli, Hənəfi Zeynallı, Yusif Əliyev, Yusif Vəzir, Məhərrəm Kamil, Rəşad Yusifzadə, Ruhulla Axundov, Sami Kamal, süleyman Məlikov, Tağı Şahbazi, Vəli Xuluflu, Xudad Əzizbəyli tərtib etmişlər. Bu lüğət o dövrdə çap olunmuş lüğətlərin ən böyüyü və mükəmməli idi. Təsadüfi deyildir ki, onun yaradılmasını elmi ictimaiyyət çox böyük mədəni əhəmiyyəti olan bir hadisə kimi qiymətləndirmişlər. Əlbəttə bunu elə belə də qəbul etmək lazımdır. Çünki 1930-cu illərdə rus və azərbaycan dilinin öyrənilməsinə, təbiliğinə və yayılmasına böyük ehtiyac var idi. Əlbəttə, dillərin öyrənilməsin7də ikidilli lüğətlərin böyük əhəmiyyətinin nəticəsi olaraq 1930-cu illərdə də iki dilli lütətlərin hazırlanmasına və nəşrinə xüsusi diqqət yetirilmişdir.

"Rusca-türkcə lüğət"in quruluşu barəsində bir neçə söz demək yerinə düşər. İlk növbədə qeyd etməliyik ki, bu lüğət rus dilinin leksikasının 19280-ci illərdəki vəziyyətini əks etdirirdi. Lüğətin tərtibində tərtibçilərin əllərinə keçən bütün lüğətlərdən (V.Dalin "Rus dilinin izahlı lüğəti"ndən, habelə rusca-əcnəbi lüğətlərindən) istifadə etmişlər. Eyni zamanda lüğətin Azərbaycan hissəsi üçün əldə olan bütün lüğətlərdən istifadə olunmuşdur.

Tərtibçilər həmin lüğətlərdəki köhnəlmiş və hələ o dövrdə, yəni 1928-1929-cu illərdə rus dilində işlənməyən sözləri lüğətlərinə salmamışlar.

Lüğətin quruluşu olduqca sadədir. Burada sözləri üslubi, qrammatik və s. cəhətdən səciyyələndirən heç bir işarə sistemi tətbiq edilməmiş, yalnız xüsusi terminalogiyaya aid sözlərin yanında onların hansı elm sahəsinə aid olduğu latınca ixtisar şəklində göstərilmişdir. O, dövrdə tərtibçilərin əlində olan lüğətlər rusca sözlərin mənalarını tam şəkildə açmağa onlara lazımınca kömək edə bilməmişdir. Buna görə də lüğətdə çox mənalı sözlərin ancaq əsas mənasının (bəzi hallarda mənalarını) qarşılığı verilə bilmişdir. Lüğətdə mənalar rəqəmlərlə deyil, paralel işarəsi ilə ayrılmış, açıq-aydın anonim olan sözlər çox mənalı sözlər kimi verilmişdir. Lüğətdə sözlər əlifba sırası ilə verilsə də, fellərin törəmə formaları əsas formanın yuvasında yerləşdirilmişdir.

Terminalogiyanın verilməsində lüğətdə ardıcılsızlıq görürük ki, bunun da, əlbəttə, bu sahədə sabitlik və unifikasiya olmaması ilə izah edilir (10,305, 306).

Nitq hissəsinə gəldikdə, lüğətdə yalnız ən çox işlənən zərflər öz əksini tapmışdır. Ümumiyyətlə, bu lüğətdə əyani misallar və frazeologiya yoxdur. O, dövr üçün tamamilə labüd olan yuxarıda göstərilən bütün nöqsan və çatışmamazlıqlarına baxmayaraq, haqqında danışılan lüğət Azərbaycan lüğətçiliyi tarixində ən qiymətli leksikoqrafik bir yadigar olaraq qalmaqdadır.

1930-1931-ci illərdə nəşr edilmiş "Azərbaycan dilinin canlı işvələr lüğəti" də mühüm soraq-məlumat nəşrlərindən hesab edilir. Bu lüğət Azərbaycanı Öyrənmə Cəmiyyəti tərəfindən hazırlanmışdır. Lakin 1929-cu ilin axırlarında Azərbaycanı Öyrənmə Cəmiyyəti Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tabeçiliyinə verildiyinə görə, daha dəqiq həmin cəmiyyətin bazası əsasında yaradılmış yuxarıda adını çəkdiyimiz İnstitut tərəfindən isə, çap olunmuşdur. Birinci cildin buraxılışı (A hərfi) 1930-cu ildə 250 səhifə həcmində, birinci cildin ikinci buraxılışı (B hərfi) 1931-ci ildə (126) j 259 səhifə həcminlə çap edilmişdir (11, 16).

V.Xuluflunun redaktorluğu ilə çap edilmiş I cildin II hissəsi lüğətin təırtibçiləri: V.Xuluflu, Zifeldət Simumyani və Ə. Tağızadə olmuşdur. Eyni zamanda bu nəşrin redaktəsində İ.Həsənov, H.K.Sanlı, Y.Əliyev, S.Bağırzadə və Ə.Babazadə iştirak etmişlər. Lüğətin yaradılması təşəbbüsçüsü və əsas icraçılarından biri məşhur sovet türkoloqu N.İ.Aşmarın olmuşdur.

Quruluş prinsipinə görə lüğət dialektioloji lüğət olmaqdan ziyadə, izahlı lüğət xarakteri daşıyır. Sözlərin mənalarının açılmasına xüsusi fikir verilmişdir. Hər bir sözün izahı canlı işvələrdən, xalq yaradıcılığından və şairdən alınmış illüstativ diaktroloji lüğətini yaratmaq sahəsində ilk təcrübə olmuşdur. Bu lüğət sayəsində külli miqdarda qiymətli dialekt materialı toplanmışdır (12, 307).

Bu dövrdə ümumi, yəni universal ensiklopediyanın buraxılmasına da səy göstərmişdi. Belə ki, Azərbaycanda KP Mərkəzi Komitəsinin bürosu 1934-cü il may ayının 14-də "Azərbaycan Şura (sovet) Ensiklopediyasının nəşri haqqında" qərar qəbul edilmişdir.

Qərarda Azərbaycan Sovet Ensiklopediyası Türk (yəni Azərbaycan) dilində (Azərbaycan Şura Ensiklrpediyası) nəşri zəruri hesab edilirdi. burada Azərbaycan Şura Ensiklopediyasıqıq 15 cilddən ibarət olması (hər cildi təxminən 50 çap vərəqi həcmində) və 7 il müddətində nəşr edilməsi də göstərilmişdi.

Azərbaycan Sovet Ensikloprediyasını çapa hazırlamaq və nəşr etmək məqsədilə Azərbaycan Xalq Maarif Komissarları Sovetinin yanında H.Rəhmanovun sədrliyi ilə Komitə də yaradılmışdı.

Qərarda eyni zamanda Bakı Sənaye Akademiyasının (keçmiş) boşaldılmış binasında 5 otağın ASE-na verilməsi və 20 nəfər ixtisaslı elmi tərcüməçilərin hazırlanması təklif edilirdi.

Göründüyü kimi, 1930-cu illərdə Azərbaycanda Ensiklopediya yaranması təşəbbüsləri irəli sürülüb. Görkəmli filosof Heydər Hüseynov bu sahə də çox böyük xidmətlər göstərib. Bir neçə dəfə dövlət qərarı qəbul edilsə də, ensiklopediyanı redaksiya kimi formalaşdırmaq mümkün olmayıb (13, 205).

Əlbəttə, Azərbaycan Ensiklopediyasının buraxılmasına bir çox obyektiv və subyektiv səbəblər təsir göstərmişdi. Bunu xalqımıza qarşı edilən mənəvi represiya kimi qiymətləndirmək daha düzgün olardı.

1939-1940-cı illərdə respublikamızda soraq-məlumat nəşrləri, xüsusilə terminoloji lüğətlərin nəşri daha intensiv xarakter aldı. Bu sahədə yenicə təşkil edilmiş SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutu (1939) böyük rol oynadı.

1939-1940-cı illərdə azərbayca-rusca və rusca-azərbaycanca lüğətləri həmin İnstitut çapa hazırlamış və nəşr etmişdir. "Azərbaycanca-rusca lüğət" (1939, - 428 s.); Azərbaycanca-rusca lüğət (1939, - 320 s.); Azərbaycanca-rusca lüğət (1939, - 880 s.); "Rusca-azərbaycanca lüğət" (1939, - 318 s.); "Rusca-azərbaycanca lüğət" (1939, - 749 s.) və s. soraq-məlumat nəşrləri çap etdilmiş və beləliklə də, Azərbaycan soraq-məlumat kitabları əhəmiyyətli səviyyədə zənginləşmiş, inkişaf etmişdir (14, 517-519).

M.Axundov, M.Hüseynov və Z.Şaxtaxinskaya "Rusca-azərbaycanca evolyusion nəzəriyyəsinin əsasları terminləri" (1939, - 30 s.); Ə. Babazadə, D.Quliyev, Y. Əliyev və Ç.Əfəndiyev "Orfoqrafiya lüğəti" (1940, 332 s.) və s. soraq-məlumat nəşrlərinin buraxılması təsdiq edir ki, müxtəlif elm sahələrinə aid, müxtəlif oxucu qruplarını nəzərdə tutan terminləri, lüğətləri çapa hazırlayan, nəşr etdirməyə səy göstərən pedaqoqlarımız, filosof və alimlərimiz, ümumiyyətlə ziyalılarımız xeyirxah bir işi həyata keçirərək xalqa xidmət edir, sözün geniş mənasında Azərbaycan Kitabçılıq işinin inkişafına kömək etdirdilər.

Göründüyü kimi 1920-1940-cı illərdə respublikamızda geniş oxucu qruplarını nəzərdə tutan müxtəlif növlü və tipli soraq-məlumat kitabları nəşr edilib yayılmışdır. Bu nailiyyətlərə baxmayaraq müxtəlif oxucu qruplarını soraq-məlumat nəşrlərinə olan tələbatları ödənilməmişdir.

Copyright © 2002-2003 WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
Hosted by uCoz