![]() |
İsmayıl Vəli Öməroğlu |
83
yaşlı türk alimi Kazım Mirşan "Əlifba
yazısının başlanğıcı"
adlı kitabında tarixi faktlara və qədim
yazılara əsaslanaraq dünyada ilk yazının
türklər tərəfindən icad edildiyini
vurğulayır. 43 elmi əsərin müəllifi
olan dil tarixçisi Misir piramidalarındakı yazıları
araşdıraraq bunların qədim türk əlifbası
olduğunu söyləyir və qədim türk
əlifbası nümunələrinə Skandinaviya,
Fransa, İspaniyadakı qazıntılar nəticəsində
də rast gəlindiyini bildirir. Alim Orxon-Yenisey yazılarının
da indiyə qədər səhv oxunduğunu,
buna görə mətnlərin mənasında
qırıqlıq olduğunu bəyan edir. Kazım
Mirşanın əsəri Türkiyədə
böyük əks-səda doğurmuşdur. Ölkənin
görkəmli alimləri, məşhur tarixçi
və dilçiləri bu əsəri müasir
tarix, mədəniyyət və dil sahələrində
inqilabi çevriliş kimi qiymətləndirirlər.
Keçmiş SSRİ zamanında, əsasən,
erməni dilçiləri və tarixçiləri
tərəfindən irəli sürülən
müddəaların çoxunun səhv olduğu
ortaya çıxmışdır. Türk tayfalarının
Qafqaz və Anadolu bölgələrinə gəlmə
deyil, min illər boyu bu ərazilərin yerli əhalisi
olduğu kitabda faktlarla, qədim yazılarla sübuta
yetirilir. Kazım Mirşan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Anadolu 7 min ildir ki, türk yurdudur!" sözlərini faktlarla sübut edir. AzərTAC-ın müxbirinə müsahibə verən alim Azərbaycan, qazax, türkmən, qırğız, özbək və digər 14 türk dilini və ləhcəsini təmiz bildiyini, məhz buna görə Orxon kitabələrini və Misir piramidalarındakı yazıları oxuduğunu nəzərə çatdırmışdır.
|
Copyright © 2002-2003
WebStar - www.onerjurnali.tk - cahidbdu@yahoo.com
|