Əgər
sizdə də bir alma və məndə
də bir alma varsa və əgər biz bu
almaları dəyişsək, sizdə
də, məndə də bir alma qalacaqdır.
Yox əgər sizdə də ideya varsa və
məndə də ideya varsa, dəyişsək,
bizim hər birimizdə iki ideya olacaqdır.
Bernard Şou
|
MÜASİR GƏNCLƏR VƏ
ÜNSİYYƏT
Ziya Abdullayev, pedaqoji elmlər namizədi
İnsan sosial bir varlıq kimi müntəzəm
olaraq ünsiyyətə girir. Ailədə ailə
üzvləri ilə, ailədən kənarda
qohumlarla, qonşularla, məktəb, iş yoldaşları
ilə, küçədə, metroda, mağazada
və başqa yerlərdə tanıdığı
və tanımadığı adamlarla.
AZƏRBAYCAN RESPUBLİKASI VƏ
TÜRKSOY
Kamil Muxtarov, tarix elmləri namizədi
Türk xalqları özlərinin qədim, çoxəsrlik
tarixi boyu Avrasiya məkanının böyük
hissəsində yaşayaraq dünya, bəşər
mədəniyyətinə böyük töhfələr
vermiş, onu zənginləşdirmişlər.
Tarixin müxtəlif mərhələlərində
türk xalqlarının həyatı cürbəcür,
bəzən isə hətta onların varlığını
təhlükə altına alan müharibələrlə,
döyüşlərlə, təcavüzlərlə
qarşılaşmışdır.
ŞAM İŞIĞINDA BİR
LEYLİ RƏSMİ
İsmayıl Vəliyev, filologiya elmləri
doktoru, professor
Telli Pənahqızının şer dünyası
haqqında
İlk gənclik illərindən jurnalist kimi
tanıdığım Telli Pənahqızı
öz aləmi, öz dünyası olan adamdır.
O, həmişə yazıb, çıxış
edib, saysız-hesabsız televerilişlər aparıb,
sənət haqqında, insanlar, onların əsərləri,
duyğuları barədə düşüncələrini
izhar edərək ürəyini boşaldıb,
fikirlərini tamaşaçılarla, oxucularla
bölüşdürüb.
TALE SƏNƏ YARDI…
Suliddin Qasımlı.
Qardaşım Ədalətə; BU ELƏ
YUXUDU…; Başıma QAR YAĞDI.
NƏŞRİYYAT-MÜƏLLİF-REDAKTOR
İŞİNİN TƏŞKİLİ
HAQQINDA DƏRSLİK
İsmayıl Kazımov, filologiya elmləri
namizədi, AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun baş elmi işçisi.
(İsmayıl Vəli Öməroğlu. Ədəbi-bədii
və uşaq kitablarının redaktəsi.
Ali məktəb tələbələri üçün
dərslik. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı,
Bakı-2002. Elmi redaktorları: prof. B.Allahverdiyev;
p.e.n. Z.Abdullayev).
TALEH HƏMİD - 50
Məşhur “Əkizlər” - Səbuhi
Rəhimli və "Qoroskop"çular; İNANA
BİLMİRƏM - Sabir Azəri, yazıçı-jurnalist;
ÖZÜNÜ İFADƏ ETMƏYİ BACARAN
ŞAİR - İsmayıl Vəliyev, şair-publisist,
ədəbiyyatşünas; "TALEH ÖZÜNÜ,
TALEYİNİ YAZIR..." - Nahid Hacızadə,
yazıçı; SÖZLƏ NƏFƏS
ALAN İNSAN - İlyas Tapdıq, şair.
Taleh Həmid
ANLAR; YORĞUNAM, YORĞUN - (şerlər).
M.Ə.SABİR VƏ TÜRK
DÖVLƏTÇİLİYİ TARİXİ
MƏSƏLƏLƏRİ
Seyidmiri Aslanov
Mirzə Ələkbər Sabirin anadan olmasinin
140 illiyi.
MİRZƏ KAZIMBƏY VƏ
AVROPA ŞƏRQŞÜNASLIQ ELMİ
Kamil Muxtarov, tarix elmləri namizədi
Bu il anadan olmasının 200 illiyi qeyd olunan Mirzə
Kazımbəyin (1802-1870) hələ gənc
yaşlarından görkəmli şərqşünas,
Rusiyada şərqşünaslıq elminin yaradıcıdarından
biri, filoloq, islam tarixinin misilsiz bilicisi, məşhur
tarixçi, filosof, etnoqraf kimi böyük şöhrət
qazanması, heç şübhəsiz, Avropa alimlərinin
nəzərindən qaçmamış, görünür
elə bu səbəbdən də onun yaradıcılığı
alimin bütün şüurlu həyatı boyu
diqqətlə izlənilmiş, öyrənilmiş
və yüksək qiymətini almışdır.
KİPR YAZIÇISI İSMAYIL
BOZKURDUN ROMANLARINDA İNSAN PROBLEMİ
İsmayıl Vəliyev, professor
Ədəbiyyatda və sənətdə
insan məsələsi dünyada mövcud olan
mürəkkəb problemlərin ən vaciblərindən
biri sayılır. İnsan problemi cəmiyyətin
formalaşdığı zamandan indiyə qədər
bütün insanları və onların fəaliyyəti
nəticəsində meydana gələn elmləri,
dinləri, dövlətləri və siyasətçiləri
daim maraqlandırmış və məşğul
etmişdir. İnsan problemi bütün dövr və
zamanların həyat və yaşam problemidir.
Bədii söz sənətkarları öz axtarışlarında
bu məsələni həmişə önə
çəkmiş, insanın insan kimi yaşayışı
üçün gə-rəkli olan vacib məsələlərin
həllinə diqqət yönəltmişlər.
KİTABÇILIQ İŞİNİN
SOSİAL PROBLEMLƏRİ
Ziya Abdullayev, pedoqoji elmlər namizədi.
Kitab ictimai sərvətdir. Yüz illərdir ki,
o, başlıca bilik, məlumat mənbəyidir.
Doğrudur, son 25-30 ildə bu cür mənbələr
artmışdır. Elmin, texnikanın inkişafı
ilə əlaqədar əvvəlcə kino,
daha sonra radio, televiziya bu sahədə kitabla bir növ
rəqabətə girmişdir. Hazırda bu
rəqabət daha da genişlənmişdir.
Xüsusilə kompüter texnologiyasının
inkişafı əlavə informasiya mənbələrinin
şəbəkəsini xeyli genişləndirmişdir.
Bütün bunlara baxmayaraq, kitab əsas bilik, məlumat
mənbəyi olaraq qalmaqdadır. Əhalinin bir
sıra kateqoriyaları, xüsusilə uşaqlar
və gənclər, eləcə də elm
adamları, ziyalılar kitabla daha çox təmasda
olurlar.
İCTİMAİ-SİYASİ
ƏDƏBİYYATIN KİTAB ÇEŞİDİNDƏ
YERİ
Mehmanəli Məmmədov, pedaqoji elmlər
namizədi
Çeşid fransızca "Assortiment" sözündən
olub, ayrı-ayrı ticarət müəssisələrində
toplanmış müxtəlif malların tərkibini
bildirir. Biz əsasən "ərzaq mallarının
assortimenti", "sənaye mallarının assortimenti"
deməyə adət etmişik və bu sözün
nə demək olduğunu yaxşı başa
düşürük. Ancaq "kitab mallarının
assortimenti" dedikdə insanlar bunun nə demək
olduğu haqqında fikirləşməli olurlar.
Çünki kitabı "mal" adlandırmaq
nə dərəcədə düzgündür?
AZƏRBAYCANDA SORAQ-MƏLUMAT NƏŞRLƏRİNİN
FORMALAŞMASI VƏ İNKİŞAFI (1920-1940)
Sevda Quliyeva, BDU-nun dissertantı
1920-ci il 29 aprel çevrilişindən sonra Azərbaycanda
sovet hakimiyyəti bərqərar oldu. Yeni quruluşun,
başqa sözlə Sovet dövlətinin siyasətini,
onun mahiyyətini, qarşısında duran vəzifələri
geniş əhali, kütləsinə çatdırmaq
vacib problem kimi qarşıya çıxdı.
Bu poblemin müvəffəqiyyətlə həyata
keçirilməsinə kömək məqsədilə
Kommunist Partiyası və Sovet dövləti elmin,
təhsilin, mədəniyyətin, kitab və
mətbuatın inkişafına müəyyən
diqqət yetirdi.
YUNESKO BEYNƏLXALQ BİBLİOQRAFİK
ƏMƏKDAŞLIĞIN ƏSAS TƏŞKİLATÇISIDIR
Səadət Mütəllimova, BDU-nun kitabxanaçılıq-informasiya
fakültəsinin II kurs magistrantı
Müasir dövrdə beynəlxalq biblioqrafik əməkdaşlıq
dünya miqyasında informasiya mübadiləsinin
aparılmasında çox böyük əhəmiyyət
kəsb edir. Bu mənada müasir beynəlxalq əməkdaşlıq
sistemində YUNESKO-nun fəaliyyətini xüsusilə
qeyd etmək lazımdır.
AZƏRBAYCAN ƏLYAZMALARINDA FİLİQRANLAR
Meyxanım Mütəllimova, BDU-nun kitabxanaçılıq-informasiya
fakültəsinin III kurs tələbəsi
Məlum olduğu kimi orta əsr müsəlman
əlyazma kitabı mədəniyyətinin əsas
atributu kağız olmuşdur. Məhz buna görə
də kağızın ilk dəfə olaraq
harada və kim tərəfindən istehsal olunması
haqqında məlumat vermək yerinə düşər.
Geniş yayılmış məlumata görə
bambuk və tut ağacından kağız istehsalının
texnologiyası eramızın 105-ci ilində Çində
Tsay Lun tərəfindən icad edilmişdir.
MISIR PIRAMIDALARI TÜRK ABIDƏLƏRIDIRMI?
Tural
Rzayev, AzərTAC-ın xüsusi müxbiri, Ankara.
“Ədəbiyyat qəzeti”, 02.08.02.
1912-ci ildə iki avstraliyalı səyyah Çin
ərazisində ən yüksək Misir piramidasından
iki dəfə uca, yəni 300 metr hündürlüyündə
ağ daşdan tikilmiş möhtəşəm
piramidanın olduğunu bildirmişdi. İkinci
Dünya müharibəsi illərində amerikalı
təyyarəçi bu piramidanın şəklini
çəkmişdir.
|